HAQQIMIZDA

Prometal şirkəti 2016-cı ildə təsis edilmişdir və Azərbaycanın qeyri-neft sektorunun inkişaf nümunələrindən biri olaraq, ən müasir texnologiyalar və avadanlıqlar ilə təchiz olunmuşdur. 2017-ci ildə xəttimizin tikinti və quraşdırma işləri aparılmışdır. Növbəti ilin ilk üç ayında təlimlər və testlər edilmişdir və aprel ayından tam fəaliyyətə başlamışdır. Prometal Azərbaycanda və Qafqazda polimer örtüklü dəmir istehsal edən ilk və tək şirkətdir və layihə ilə bağlı İqtisadiyyat Nazirliyindən «investisiyaların təşviqi sənədi» təqdim olunmuşdur. Bu gün Azərbaycanda polimer örtüklü dəmirdən geniş istifadə olunur. Bunlar tikinti bazarında geniş istifadə olunan müxtəlif rəngli dam örtüyü materialları və onların köməkçi elementləri, fasad profilləri, sandviç panellər, polad tavanlar, ventilyasiya sistemləridir. Bundan başqa, polimer örtüklü dəmirdən avtomobil istehsalında və elektrotexnika, məsələn, soyuducu, paltaryuyan maşınlar, qabyuyan maşınlar, kondisionerlər və elektrik plitələrin istehsalında istifadə olunur. Prometal şirkəti istehsal etdiyi polimer örtüklü dəmirin bir qismini dam örtükləri, yağış suyu sistemləri və fasad materialları istehsalında istifadə edir. Məhsulun qalan hissəsi isə yerli şirkətlərin ehtiyacların təmin etməsi üçün nəzərdə tutulub. STRATEGİYA & MİSSİYA Prometal şirkətinin strategiyası istehsal tsiklinin tam inteqrasiyası üzərində qurulub. Şirkət son məhsulun və orta məhsulların istehsalın nəzərdə tutan istehsal xəttlərini genişləndirməkdədir. Strateji planların reallaşması üçün mövcud instehsal həcminin güclənməsi, yeni məhsulların əldə olunması, daxili əməliyyat sisteminin yaxşılaşdırılması, korporativ və ixrac satışlarının artırılmasını hədəfləyən layihələrindən ibarət uzunmüddətli investisiya proqramı hazırlanıb. Bizim missiya öz sahəmizdə innovativ lider olmaqdır. Durmadan inkişaf edən dünyada şirkətin inkişafı üçün innovativ yanaşmaların olması çox vacibdir. İndiki dövrdə investisiya layihələrində, daxili proseslərin idarə olunmasında, maliyyə resurslarının planlaşıdırlmasında, korporativ satışlarda, təminatçılarla və müştərilərlə işdə innovativ yanaşma uğurun əsas təminatıdır. Bizim əsas məqsədimiz innovativ yanaşma ilə polimer örtüklü dəmir istehsalı sahəsində lider olmaqdır. Bu hədəfə çatmaq üçün şirkətin mühəndislərdən ibarət araşdırma və inkişaf qrupu yaradılmışdır, ən son tenologiyalar ilə təchiz olunmuş laboratoriyası qurulmuşdur. İstehsal və digər əməliyyatlar zamanı isə ilk yerli istehsalçı kimi keyfiyyət və məsuliyyətin vacib olduğun həmişə önə çəkirik. Effektiv və operativ istehsal – satış əməliyyatların təmin etmək üçün inteqrasiya olunmuş S&OP sistemindən istifadə edirik

MƏHSULLARIMIZ

Prometal şirkətinin 3 növ məhsulları var: Classic, Standard və Premium. Bu məhsullar dəmir qalınlığına və boya miqdarına görə fərqlənirlər.

  CLASSIC STANDART PREMİUM
TMT, mm 0.35 0.45 0.5
Korroziya sabitliyi Normal Yaxşı Əla
Rəng davamlılığı Normal Yaxşı Əla
Mexaniki sabitlik Normal Yaxşı Əla
Zəmanət müddəti Normal Yaxşı Əla

ÜSTÜNLÜKLƏRİMİZ

  • Ölkəmizin ilk və tək polimer örtüklü dəmir istehsalı şirkətiyik
  • Ölkəmizin 100% Azərbaycan sərmayəsi ilə qurulan müasir müəsisələrindən biriyik
  • Ölkəmizdə ilk dəfə ən müasir texnologiya ilə qurulan istehsal xəttin yalnız yerli mütəxəsislər ilə işlədə bilən şirkətik
  • Müştərimizin xarici xammaldan asılılığın tam aradan qaldıran şikrətik
  • İnteqrasiya və istehsal qiymətini aşağı salan layihələrə investisiya ilə son istifadəçilərə ən keyfiyyətli, ən uyğun qiymətə və ən operativ şəkildə məhsulu təqdim edən şirkətik
Prometal polimer örtüklü dəmir istehsalı xətti bu sahədə 75 illik təcrübəyə sahib, dünyanın ən təcrübəli şirkəti olan Bronx İnternational tərəfindən qurulmuşdur. Prometal istehsal xətti, texnologiyalar cəhətdən hazırda dünyanın ən müasir polimer örtüklü dəmir istehsalı xətti sayılmaqdadır.
Prometal məhsulları istehsalında yalnız RUV3 iqlim şəraitinə uyğun polimerlərdən istifadə olunacaq, belə ki, Azərbaycan məhz bu iqlim zonasında yerləşir. Bu gün idxal edilən materialların əksəriyyəti RUV3 iqlim normalarına uyğun deyil və dam örtüyü rənglərinin qısa müddət sonra solmasına səbəb də məhz bu amildir.
Prometal məhsulları istehsalı zamanı həmçinin, dənizə yaxınlıq və duzluluğ nəzərə alınacaqdır. Korroziyaya daha davamlı olan xammal metal işlədiləcək ki, bunu da boyanın altından sink qatını daha qalın etməklə təmin edəcəyik. İstehsalçı kimi bütün qeydiyyat nömrələrini göstərməklə 15 illik zəmanət sertifikatları verəcəyik.
Prometal məhsulları həmçinin, soyuq dam (cool roof technology) texnologiyalarını nəzərə alacaq. Soyuq dam örtüyü yay vaxtı evin sərinlənməsinə çəkilən xərclərin təxminən 15-20% azaldılması deməkdir. Bununla yanaşı evin adətən kondisioner ilə soyudulmayan (qaraj, zirzəmi, köməkçı otaqlar) hissələrinin də yay vaaxtı sərin qalmasın təmin edir. “Soyuq dam” texnologiyası yüksək reflektiv boyanın seçilməsi ilə təmin edilir ki, bu da dam örtüyünə qızmağa imkan vermir, yəni günəş şüalarını absorbsiya etmir.
Xaricdən polimer örtüklü dəmir sifariş etdikdə ən azı bir vaqon (65 ton) sifariş etməli olursan və 1-3 aya kimi gözləməli olursan. Prometal yerli istehsalçı olduğuna görə və müştərilərin rahatlığı üçün kiçik sifarişlər qəbul edir, məsələn, 10, 20, və ya 50 ton və ya 1, 3, 7 rulon. Və sifarişlərin hazır olma müddəti 1-2 həftəyə kimidir.

HESABLA

Evinizə nə qədər dam örtüyü lazım olacağını hesablamaq üçün damın eni və hündürlüyünü daxil edib hesabla düyməsini basın. Profnastil üçün də eyni qayda.

  • DAM ÖRTÜYÜ ÜÇÜN
    • EN
    • UZUNLUQ
    • NƏTİCƏ (m2)
  • PROFNASTİL ÜÇÜN
    • EN
    • UZUNLUQ
    • NƏTİCƏ (m2)

ƏLAQƏ

  • *9393
  • office@prometal.az
  • Ziya Bünyadov 122a, Bakı, Azərbaycan

TƏKLİF VƏ ŞİKAYƏT