• (012)-514-34-96; *9393
  • Paylaş

Prometal

"Prometal" MMC Azərbaycanda polimer örtüklü dəmirin ilk istehsalçısıdır. İstehsal xəttini dizaynını, avadanlıq təminatını və quraşdırılmasını 75 illik təcrübəyə sahib Avstraliyanın "Bronx İnternational" şirkəti həyata keçirmişdir.

Xəttin işə salınması 2018-ci ilin fevral ayında reallaşdırılmışdır. Xətt bir keçidli olub, qalınlığı 0.18mm-dən 0.80 mm-ə qədər və eni 1250 mm-ə qədər polad zolağı emal etməyə qabildir. Zavodun illik istehsal həcmi 50.000 ton təşkil edir. 

İstehsal xəttində boyanın polimerləşməsi üçün ən müasir sobalar və "Bronx İnternational" şirkətinin son innovasiyası olan çox keçidli son qat vurucusu quraşdırılmışdır ki, bu da müxtəlif rəngli sifarişlərin operativ istehsalına imkan verir. Bu xətt müxtəlif tip örtüklərlə: poliester parlaq, poliester matt, poliester rifli, poliuretan və PVDF ilə iş üçün nəzərdə tutulub.

STRATEGİYA & MİSSİYA

Prometal şirkətinin strategiyası istehsal tsiklinin tam inteqrasiyası üzərində qurulub. Şirkət son məhsulun və orta məhsulların istehsalın nəzərdə tutan istehsal xəttlərini genişləndirməkdədir. Strateji planların reallaşması üçün mövcud instehsal həcminin güclənməsi, yeni məhsulların əldə olunması, daxili əməliyyat sisteminin yaxşılaşdırılması, korporativ və ixrac satışlarının artırılmasını hədəfləyən layihələrindən ibarət uzunmüddətli investisiya proqramı hazırlanıb. Bizim missiya öz sahəmizdə innovativ lider olmaqdır. Durmadan inkişaf edən dünyada şirkətin inkişafı üçün innovativ yanaşmaların olması çox vacibdir. İndiki dövrdə investisiya layihələrində, daxili proseslərin idarə olunmasında, maliyyə resurslarının planlaşıdırlmasında, korporativ satışlarda, təminatçılarla və müştərilərlə işdə innovativ yanaşma uğurun əsas təminatıdır. Bizim əsas məqsədimiz innovativ yanaşma ilə polimer örtüklü dəmir istehsalı sahəsində lider olmaqdır. Bu hədəfə çatmaq üçün şirkətin mühəndislərdən ibarət araşdırma və inkişaf qrupu yaradılmışdır, ən son tenologiyalar ilə təchiz olunmuş laboratoriyası qurulmuşdur. İstehsal və digər əməliyyatlar zamanı isə ilk yerli istehsalçı kimi keyfiyyət və məsuliyyətin vacib olduğun həmişə önə çəkirik. Effektiv və operativ istehsal – satış əməliyyatların təmin etmək üçün inteqrasiya olunmuş S&OP sistemindən istifadə edirik