• 055-450-04-64; 055-450-04-66; 050-230-04-66; 050-223-04-66; (012)-514-34-96; *9393
  • Paylaş
2020-03-18

Prometal ISO 9001:2015 Beynəlxalq Sertifikatına layiq görüldü

Yazıçı :

Azərbaycanda ISO 9001:2015 Beynəlxalq Standartına cavab verən şirkətlərin sayı çox azdır. Yalnız peşəkarlığını sübut etmiş şirkətlər bu sertifikata layiq görülür. Təsadüfi deyil ki, biz də şirkətimizin peşəkarlığını artırmaq məqsədi ilə illərdir yaratdığımız bu struktur və qurulmuş iş planı özünü doğrultmuş və şirkətimiz ISO 9001:2015 Beynəlxalq Standartına cavab verdiyi üçün  həmin sertifikata layiq görülmüşdür.

Bildiyimiz kimi ISO 9001:2015 Beynəlxalq Standartı müştəri ehtiyacları və qanuni şərtləri qarşılamaqla müştəri məmnuniyyətinin artırılmasını təklif edən dünyaca qəbul olunmuş bir keyfiyyət idarəetmə sistemi növüdür. Bu standartın məqsədi xəta və qüsurları azaltmaq, aradan qaldırmaq və daha önəmlisi isə yarana biləcək xəta və qüsurları önləməkdir. ISO 9001:2015 Beynəlxalq Standartı birbaşa olaraq məhsul və xidmət keyfiyyəti ilə deyil, idarəetmə sisteminin keyfiyyəti ilə əlaqəlidir.

  • Paylaş: