Azərbaycanda öz işinin peşəkarına çevrilmiş Prometal MMC şirkəti illərdir gördüyü iş və əməkdaşlarının peşəkarlığı ilə ad qazanıb. Təsadüfi deyil ki, şirkətimiz peşəkarlığının fərqinə varan bir sıra universitetlər tələbələrini istehsalat təcrübəsi olaraq bizim şirkətə yönləndirir.
Bakı Ali Neft Məktəbinin tələbələri zavoda gəlmiş və bizim texnika, iş prinsipi ilə yaxından tanış olmuşdur. Zavodda tələbələr yüksək ixtisaslaşmış peşəkarlar tərəfindən iş texnikası, iş prosesinin baş vermə ardıcıllığı ilə tanış olmuşdur. Tələbələrin marağı və öyrənmək istəyini nəzərə alaraq şirkətimiz tələbələri qəbul etməyə daim hazırdır.